EN

MSK-ya yeni sədr seçildi - FOTO

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  iclasın gündəliyinə MSK-nın sədri, sədr müavini və katiblərinin seçilməsinə dair məsələ daxil edilib.

Məzahir Pənahov səsvermə yolu ilə yenidən MSK-nın sədri seçilib.

O, Azərbaycan Respublikasının Milli Məclisində deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir.

Qeyd edək ki, Məzahir Pənahov 2000-ci il mayın 19-dan MSK-nın sədri vəzifəsindədir.

Bundan başqa, Rövzət Qasımov da yenidən MSK sədrinin müavini seçilib.

O, Milli Məclisdə deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
60
34
milli.az

10Sources