EN

MSK yenidən sədr seçilən Məzahir Pənahovun dosyesi

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Məzahir Pənahov səsverməyolu ilə yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədriseçilib.

Trend MəzahirPənahovun dosyesini təqdim edir:

Məzahir Pənahov 1951-ci il martın 13-də Tovuz rayonununQaraxanlı kəndində anadan olub.

O, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin fizikafakültəsinə daxil olub və 1972-ci ildə həmin ali təhsil ocağınıfərqlənmə diplomu ilə bitirib.

Təhsilini davam etdirən Pənahov 1973–1976-cı illərdə A. F. İoffeadına Fizika-Texnika İnstitutunda aspirantura təhsili alıb. 1979-cuildə fizika-riyaziyyat elmləri namizədi, 1992-ci ildə isə elmlərdoktoru elmi dərəcəsini əldə edib.

Əmək fəaliyyətinə akademik sahədə başlayan Məzahir Pənahov uzunillər Bakı Dövlət Universitetində çalışıb və 1996-cı ildən ümumiriyaziyyat kafedrasına rəhbərlik edib.

1998–2000-ci illərdə Mərkəzi Seçki Komissiyasında Beynəlxalqəlaqələr idarəsinin rəisi vəzifəsində işləyib.

2000-ci il mayın 19-da MSK üzvü təyin olunan Pənahov elə həmingün komissiyanın sədri seçilib və o vaxtdan etibarən bu vəzifəniicra edir.

MSK sədri kimi fəaliyyəti dövründə ölkədə keçirilən prezident,parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumlarıntəşkilinə rəhbərlik edən Pənahov Azərbaycanın seçki sisteminin əsasfiqurlarından biri hesab olunur. O, dövlət qulluğundakıfəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Chosen
20
3
az.trend.az

2Sources