EN

Paragüllə üzrə dünya və Avropa çempionumuz Özbəkistanda tədbirdə iştirak edib FOTO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünya və Avropa çempionu, paragüllə atıcımız Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib.

İdman.Biz xəbər verir ki, Daşkənd şəhərində baş tutan tədbir Özbəkistan Respublikası Prezidenti yanında Sosial Müdafiə üzrə Milli Agentlik, Özbəkistan Respublikası Gənclər İşləri Agentliyi və Özbəkistan Könüllülər Assosiasiyası tərəfindən təşkil olunub.

Konfransda ümumilikdə 8 ölkədən 50-dən çox nümayəndə iştirak edib. Tədbir zamanı paralimpiyaçımızın idman nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra Kamran Zeynalov, əlilliyi olan yeniyetmə və gənclərin də qatıldığı tədbirdə çıxış edərək öz uğur yolundan danışıb.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş videoçarxlar təqdim olunub, daha sonra isə iştirakçıların sualları cavablandırılıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
55
50
icma.az

10Sources