EN

Yağış və qar yağacaq, çaylardan sel keçəcək -XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Chosen
9
50
redaktor.az

10Sources