EN

Bu ərazilərdən sel keçəcək – HAVA XƏBƏRDARLIĞI

Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə KONKRET.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.

Məlumata görə, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur./yenisabah

Chosen
14
35
konkret.az

10Sources