EN

Paşinyan müdafiə naziri olmaq istəyən polkovniki belə sındırdı

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ermənistanda hakimiyyətə gəlməyə çalışan Rusiyayömümlü iş adamı - “Taşir” şirkətinin sahibi Samvel Karapetyanın adamı saxlanılıb. Ermənistan mediası aprelin 27-də “Kandaz” ləqəbilə tanınmış keçmiş kəşfiyyatçı Artur Avanesyanın Antikorrupsiya Komitəsinə aparıldığı barədə məlumat yayıb.Modern.az xəbər verir ki, bəzi yerli KİV-lər Samvel Karapetyanın komandasının üzvü olan “Kandaz” ləqəbli bu şəxsdən qəhrəman obrazı yaratmaq istədiyini yazıb.Qeyd olunub ki, Samvel Karapetyan baş nazir seçilərsə, Artur Avanesyan Ermənistanın müdafiə naziri postuna gətiriləcək.

Polkovnik rütbəsi daşıyan bu şəxs Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştirak edib, soyqırımlarında iştirak edib.“Medianews” yazır ki, hələ 1 mart 2008-ci il hadisələri zamanı Robert Köçəryanın əmri ilə Qarabağdan Ermənistan paytaxtına gətirilən silahlı şəxslər arasında “Kandaz” da olub. O, Köçəryanın əmri ilə İrəvana mülki ermənilərə atəş açmaq – onları güllələmək üçün gətirilmişdi.

Ermənistan mediasının məlumatına görə, “Kandaz” 2020-ci ilin 44 günlük müharibəsi zamanı xüsusi iştirak etməyib. Əksinə, o, Xocavəndistiqamətində döyüş əməliyyatlarına cəlb olunsa da, spirtli içkinin təsiri altında şəxsi heyət arasında panika yaydığına görə “Dağlıq Qarabağ” adlı qondarma qurumun rəhbəri Arayik Arutyunyanın əmri ilə saxlanma yerinə göndərilib.

“Özünü qəhrəman kimi təqdim edən “Kandaz” Qarabağda tanınmış alkoqolik idi, hətta narkotiklərə də meyli olub, eyni zamanda onlayn kazinolara aludə olan məşhur qumarbaz kimi tanınıb. Onun Qarabağdakı borclarını tez-tez Arayik Arutyunyan özü ödəyirdi”, - deyə Erməni KİV-i yazıb.

2023-cü ildə Azərbaycan Ordusnun keçirdiyi antiterror əməliyyatları zamanı isə “Kandaz” oğlu David Avanesyanı döyüş mövqelərindən çıxartdıraraq arxa cəbhəyə aparıb.

“Qəhrəman kimi görünməyə çalışan “Kandaz” haqqında bilməli olduqlarınız bunlardır: 2008-ci il 1 martda İrəvana gəlib xalqı güllələyən və müdafiə naziri olmaq istəyən, amma eyni zamanda öz oğlunu döyüş mövqelərindən çıxaran şəxs”, - deyə mətbuat Ermənistan vətəndaşlarına müraciətində qeyd edib.

İş adamı Samvel Karapetyanın komandasının üzvü olan Artur Avanesyanın adı “Güclü Ermənistan” partiyasının seçki kampaniyasındakı pozuntularda keçir.  

Ermənistanda parlament seçkiləri 7 iyun tarixində keçiriləcək.A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
48
modern.az

1Sources