EN

Pakistan prezidentinin sirli ölümü – təyyarə qəzasında SSRİ-nin əli olduğuna dair şübhələr var

Bu hadisə tarixçiləri və sui-qəsd nəzəriyyəçilərini hələ də narahat edir.

1988-ci il, “soyuq müharibə” tədricən sona çatır və birdən prezidenti daşıyan təyyarə Pakistanda qəzaya uğrayır. Hamı həlak olur. Hər kəsin ağlında ilk sual budur: Moskva təşkil edib.

Həm müttəfiqlərin, həm də düşmənlərin niyə dərhal Moskvaya üz tutduğunu anlamaq üçün faciədən bir neçə il əvvəl baş verənləri xatırlamaq lazımdır.

Əfqanıstan müharibəsi qızışan zaman Pakistan SSRİ-nin başının bəlasına çevrilib. Məhz orada, prezident Məhəmməd Ziya-ül-həqqin qanadı altında mücahidlər yenidən qruplaşır, xəstəxanalar tikilir və yeni Amerika silahları alırdılar. Lakin Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) qətiyyən bağışlaya bilməyəcəyi bir hadisə baş verir.

6db2427a-af05-4d89-974b-7c651c49e3d6.jpeg

1985-ci ildə Badaber düşərgəsində əsir götürülmüş sovet əsgərlərinin üsyanı başlayır. Onlar silah anbarını ələ keçirirlər və elə bir döyüş başlayırlar ki, pakistanlılar çaşqınlıq içində qalırlar. Nəticədə, Məhəmməd Ziya-ül-həqq düşərgənin, içəridəki hər kəsin artilleriya və hava qüvvələri ilə məhv edilməsini əmr edir. Daha sonra Moskva rəsmi etiraz bildirir, lakin hamı başa düşür ki, belə şeylər unudulmur.

Hadisə günü, 17 avqust 1988-ci ildə Pakistan prezidenti Amerika tanklarının sınaq atəşini izlədikdən sonra nahar edib və “Lockheed C-130 Hercules” təyyarəsinə minib. Havaya qalxdıqdan bir neçə dəqiqə sonra təyyarə burnunu yuxarı qaldıraraq səmada fırlanmağa başlayəb və sonra düz bucaq altında kəskin şəkildə aşağı düşüb. Təyyarədəki bütün sərnişinlər, 36 nəfərin hamısı dərhal həlak olub.

Hadisənin təhqiqtatı zamanı təyyarənin qalıqlarıının içində manqo meyvəsinin qutuları tapılıb. Bir nəzəriyyəyə görə, onların içərisində hiyləli qoruyuculu bomba olub. Digər bir nəzəriyyəyə görə, onların qutularda pilotların ölümünə səbəb olan sinir qazı konteyneri olub və bundan sonra nəzarətsiz təyyarə səhraya düşüb.

8aab6210-2298-4ce3-bb14-39c639fafcf1.jpeg

Sovet hökuməti hər şeyi inkar edib. Hətta “Pravda” qəzeti baş verən hadisəni Amerika planının tərkib hissəsi olduğunu yazıb. O vaxtlar Məhəmməd Ziya-ül-həqq Vaşinqton üçün də ürəkaçan addımlar atmırdı. O, ABŞ-nin xoşuna gəlməyən nüvə proqramını fəal şəkildə təbliğ edirdi. Lakin bir problem vardı: Amerika səfiri Arnold Rafel təyyarədə idi. MKİ-nin Pakistan müttəfiqini aradan qaldırmaq üçün belə bir nüfuzlu diplomatı qurban verməsi ehtimalı az idi.

Qəzadan dərhal sonra Pakistanın o zamankı hərbi rəhbərliyi, general Aslam Bə Ziya-ül-həqqin öldürülməsində SSRİ DTK-sını, Əfqanıstanın kəşfiyyatı və Hindistanın xüsusii xidmətinin birgə fəaliyyət göstərdiyini iddia etmişdi.

Qərb mətbuatı, o cümlədən “The New York Times” yorulmadan “Bu, Moskvanın əlidir!” deyə məqalələr dərc edirdi. Analitiklər açıq şəkildə iddia edirdilər ki, DTK Əfqanıstan kəşfiyyat xidmətləri vasitəsilə mükəmməl bir sui-qəsd həyata keçirib. SSRİ-nin həm motivi, həm də imkanı var idi. Hətta Əfqanıstandakı sovet səfiri Nikolay Yeqoriçova belə açıq şəkildə bildirilib ki, prezidentin ölümündə SSRİ-nin əli var.

d114b086-e2b9-4f39-a6f0-9094c1909919.jpeg

Ziya-ül-həqqin ölümündən təxminən 10 gün əvvəl Sovet İttifaqı rəhbərliyi, xüsusilə SSRİ xarici işlər nazirinin müavini Yuli Vorontsov, Pakistanın Əfqanıstandakı mücahidlərə dəstəyini davam etdirəcəyi təqdirdə “ziyanlı bir dərs” verəcəkləri ilə hədələmişdi. Məhəmməd Ziya-ül-həqqin həyatına sui-qəsdin əsl səbəbi hələ də məlum deyil. Lakin SSRİ-nin nifrəti və DTK-nın qanlı yaddaşı Pakistan rəhbərinin ölümünə gətirib çıxaracaq əsas səbəb kimi göstərilir.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Chosen
3
musavat.com

1Sources