EN

Agentlik 54 milyon kapitalı olan şirkətlə müqavilə imzalayıb – Qayaları partladacaq


Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi “Reges Tikinti Materialları” MMC (VÖEN – 0900110221) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, müqavilə bağlanılan şirkət Agentliyin sifarişi əsasında Pəzməri kənd avtomobil yolunu bağlayan qaya parçalarının partladılma işlərini həyata keçirəcək və qarşılığında 868 manat 95 qəpik alacaq.
Qeyd edək ki, “Reges Tikinti Materialları″ MMC 12 aprel 2013-cü il tarixində VÖEN alıb. Hüquqi ünvanı Kəngərli rayonu, Böyük Düz kəndində yerləşən MMC-nin nizamnamə kapitalı 54 milyon 368 min 459 manat 66 qəpik təşkil edir. MMC-nin qanuni təmsilçisi Kərimov Kamal Əmir oğludur.
Onu da bildirək ki, hazırda Naxçıvanda “Reges” adı ilə bağlı olan çoxlu sayda şirkət fəaliyyət göstərir. Bu şirkətlərin əksəriyyətini hüquqi ünvanı Naxçıvan şəhəri, N. Tusi, ev 5 ünvanında yerləşir. Bu şirkətlərin qeydiyyatda olduğu ünvanda vaxtı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”ə bağlı şirkətlər də qeydiyyatda olub.

Elnur Əli
Chosen
3
1
yeniavaz.com

2Sources