EN

“Yuta-Azərbaycan Dostluq Təşkilatı” festivalda iştirak edib (FOTO)

Bakı. Trend:

“Yuta-Azərbaycan Dostluq Təşkilatı” ABŞ-nin Yuta ştatındayerləşən Briqam Yanq Universitetində (Brigham Young University)müxtəlif xalqların dil və mədəniyyətlərinin tanıdıldığı “Dilsərgisi” (Language Fair) adlı festivalda iştirak edib.

Trend xəbərverir ki, Universitetin “Uilkinson Tələbə Mərkəzi” (WilkinsonStudent Center) binasında baş tutan tədbirdə Azərbaycan dili zənginmilli mədəni irsimizlə bağlı materialların nümayiş olunduğu guşəyaradılıb.

Azərbaycan guşəsi ziyarətçilərin xüsusi marağına səbəb olub.Burada Azərbaycanın dövlət bayrağı, milli atributlar, suvenirlər,eləcə də ölkəmizin tarixini və mədəni zənginliyini əks etdirənvizual materiallar sərgilənib. Ziyarətçilərə Azərbaycan dilihaqqında geniş məlumat verilib, gündəlik ünsiyyətdə istifadə olunanifadələr öyrədilib və dilimizin özəllikləri izah olunub.

Bununla yanaşı, Azərbaycanın tarixi, coğrafiyası vəmultikultural dəyərləri haqqında broşürlər və təqdimat materiallarıqonaqlarda ölkəmiz barədə daha dolğun və müsbət təəssüratformalaşdırıb.

Soydaşlarımızın belə bir beynəlxalq platformada fəal iştirakıAzərbaycan dilinin və mədəniyyətinin qlobal miqyasda tanıdılması,ölkəmizin müsbət imicinin gücləndirilməsi baxımından təqdirəlayiqaddım kimi qiymətləndirilib.

Məlumat üçün bildirək ki, Briqam Yanq Universitetində 2023-cüildən etibarən Yuta-Azərbaycan Dostluq Təşkilatının rəhbəri ƏsmərQarayevanın təşəbbüsü ilə müəyyən fasilələrlə Azərbaycan dilikursları təşkil olunur. İlkin mərhələdə 11 tələbənin qatıldığı bukurslara sonrakı dövrlərdə müxtəlif icmalardan olan, o cümlədənamerikalı tələbələr böyük maraq göstəriblər. Tələbələr Azərbaycandilini öyrənməklə yanaşı, ölkəmizin mədəniyyəti, milli mətbəxi vəənənələri ilə yaxından tanış olmaq imkanı qazanırlar.

“Yuta-Azərbaycan
“Yuta-Azərbaycan
“Yuta-Azərbaycan
“Yuta-Azərbaycan
Chosen
36
2
az.trend.az

4Sources