EN

“Apple” ən bahalı kompüterini buraxacaq

Bakı. Trend:

“Apple Inc.” korporasiyası yaxın zamanda “MacBook Ultra”noutbukunu təqdim edəcək. Sözügedən model brendin kompüterlərxəttində ən qabaqcıl və ən bahalı modeli olacaq.

Trend xəbər verirki, bu barədə “MacRumors” nəşri nüfuzlu insayder Mark Qurmanaistinadən məlumat yayıb.

Qurmanın sözlərinə görə, şirkət tamamilə yeni “MacBook Ultra”modelini təqdim etməyə hazırlaşır. Bu, “Mac” ailəsində ən bahalıportativ kompüter olacaq və bütün “MacBook Pro” versiyalarınıgeridə qoyacaq. Bununla belə, Mark Gurman cihazın ehtimal olunanqiymətini açıqlamayıb.

İnsayder modelin əsas xüsusiyyətlərini də sadalayıb. Bunlaratoxunuşa həssas OLED display daxildir. Bu isə qurğunu yalnızklaviatura və siçanla deyil, həm də barmaqlarla idarə etməyə imkanverəcək. Bundan əlavə, flaqman kompüter “Dynamic Island” çıxıntısıilə təchiz olunacaq ki, bu da iPhone modellərində istifadəolunur.

Məqalədə qeyd olunur ki, cihaz M6 Pro və M6 Max prosessorlarıilə işləyəcək. Bu çiplər iki nanometrlik texproses əsasındahazırlanacaq ki, bu da standart göstəricilərlə müqayisədəməhsuldarlıq və enerji səmərəliliyini artırmalıdır. Böyükehtimalla, model 2027-ci ilin əvvəlində təqdim ediləcək.

Məqalədə:
Chosen
45
4
az.trend.az

6Sources