EN

Əsas komandada oynamaq şansı zəhmətlə qazanılmalıdır Kurban Berdiyev

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Əsas komandada oynamaq şansı zəhmətlə qazanılmalıdır" - Kurban Berdiyev

"Ümumilikdə pis oyun nümayiş etdirmədik. Lakin əsas heyət oyunçularımızın yoxluğu ikinci hissədə bir qədər özünü göstərdi və bəzi futbolçularımızda yorğunluq hiss olunmağa başladı. Buna baxmayaraq meydanda göstərdikləri əzmkar mübarizəyə görə onlara təşəkkürümü bildirdim".

QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 29-cu turunda "Zirə" ilə (1:1) baş tutan matçdan sonra keçirilən mətbuat konfransında bildirib.

Təcrübəli mütəxəssis komandanın avrokuboklara vəsiqəni rəsmiləşdirəcəyi təqdirdə gənc futbolçulara daha çox şans verilib-verilməyəcəyi ilə bağlı suala qısa və konkret cavab verib:

"İstənilən gənc oyunçu əsas komandada oynamaq şansını öz zəhməti və meydandakı çıxışı ilə qazanmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
76
2
qol.az

3Sources