EN

Astanada Qazaxıstanın “İbrahim sazişləri”nə qoşulma mərasimi keçirilə bilər

Astana, 27 aprel, AZƏRTAC

Qazaxıstanın “İbrahim sazişləri”nə qoşulması ilə bağlı rəsmi mərasim yaxın vaxtlarda Astanada keçirilə bilər.

AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Prezident Kasım-Jomart Tokayev İsrail Prezidenti İsxak Hersoqla geniş tərkibdə keçirilən danışıqlar zamanı bildirib.

O vurğulayıb ki, Qazaxıstan “İbrahim sazişləri”nə qoşulmaq barədə əvvəllər qəbul edilmiş qərara sadiqdir. Prezidentin sözlərinə görə, bu saziş regional sabitlik və iqtisadi-ticari əlaqələrin genişlənməsi üçün möhkəm əsas yaradır.

Prezident, həmçinin qeyd edib ki, Qazaxıstan və İsrail Qazaxıstanın müstəqilliyinin ilk illərindən dostluq münasibətlərini qoruyub saxlayırlar. İsrail ölkənin suverenliyini tanıyan ilk dövlətlərdən biri olub.

Dövlət başçısı Qazaxıstanın süni intellekt və rəqəmsallaşma sahələrində İsraillə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu da bildirib.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Chosen
78
1
azertag.az

2Sources