EN

“Oyuna görə uşaqlara təşəkkürümü bildirdim” – Kurban Berdiyev

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 29-cu turunda doğma meydanda “Zirə” ilə heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Ümumilikdə pis oyun olmadı. Əsas heyətin oyunçularının olmaması ikinci hissədə bir qədər özünü göstərdi. Bəzi futbolçular yorulmağa başladı. Amma oyuna görə uşaqlara təşəkkürümü bildirdim.

– Avrokuboklara vəsiqəni təmin etdikdən sonra gənc futbolçulara şans verməyi düşünürsüz?

– İstənilən gənc oyunçu əsas komandada oynamaq şansını özü qazanmalıdır. 

Chosen
38
4
idmanxeber.az

10Sources