EN

Vaqonun üzərinə çıxdı, cərəyan vurduVİDEO

Ehtiyatsızlıq azyaşlının ölümünə səbəb olub.

Xezerxeber.az xəbər verir ki, bədbəxt hadisə Goranboyun Dəliməmmədli şəhərində, bdəmiryol stansiyası ərazisində baş verib. Məlumata görə, 12 yaşlı Seymur Ramazanov stansiya ərazisində dayanmış vaqonun üzərinə çıxıb və orada onu cərəyan vurub. Nəticədə də azyaşlı hadisə yerində dünyasını dəyişib.

Azyaşlının meyiti müayinə edilməsi üçün aidiyyəti üzrə təhvil verilib. 

Ağstafada da elektrik cərəyanı ölümə səbəb olub. Rayonun Aşağı Kəsəmən kənd sakini 15 yaşlı Nəsir Hüseynov yaşadığı evin həyətində ehtiyyatsızlıqdan elektrik naqilinin açıq olan hissəsinə toxunub. Nəticədə də onu cərəyan vurub. Yeniyetmə xəstəxayana aparılarkən yolda dünyasını dəyişib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
71
xezerxeber.az

1Sources