EN

Rusiya İrana dəstək mesajı verdi: “Təhdidlərin aradan qaldırılmasına hazırıq”

Rusiya Müdafiə Nazirliyi İrana mövcud təhdidlərin aradan qaldırılmasında dəstək göstərməyə hazır olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov İran müdafiə nazirinin strateji planlaşdırma üzrə müavini, briqada generalı Rza Talayi-Niklə görüşündə bildirib.

Belousov qeyd edib ki, Moskva və Tehran vəziyyətin necə inkişaf etməsindən asılı olmayaraq, bir-birini dəstəkləməyə davam edəcək.

Rusiya tərəfi eyni zamanda münaqişənin yalnız diplomatik yolla həllinin tərəfdarı olduğunu vurğulayıb.

 

Musavat.com

Chosen
19
musavat.com

1Sources