Bakı. Trend:
Bakıda Xəzər və Mərkəzi Asiya regionlarında neftin ticarəti vəlogistikasına həsr olunmuş İkinci Forumu öz işini yekunlaşdırdı.Forumun gündəliyi dəyişən qlobal mühitdə nəqliyyat vəinfrastruktur, maliyyə aspektləri və əməliyyatları, eləcə dəticarət strategiyaları daxil olmaqla əsas sahələri əhatə edirdi.Əslində söhbət regionun sabit marşrutların getdikcə azaldığı yenireallığa necə uyğunlaşmasından gedirdi.
Trend-inməlumatına görə, “SOCAR Trading” şirkətinin ticarət əməliyyatlarıüzrə icraçı direktor vəzifəsini icra edən Tağı Tağızadə çıxışındabildirib ki, Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə nefttəchizatının genişləndirilməsi üçün Qazaxıstan tərəfindən həcmlərinartırılması zəruridir.
Tağızadə vurğulayıb ki, Qazaxıstan nefti BTC marşrutu ilə nəqledir, belə ki, dəyər baxımından fərqlərin mövcudluğunu qəbul edir.Burada marşrutun keyfiyyəti, çatdırılma müddəti, daşınma xərcləri,qiymətqoyma strukturu, sığorta xərcləri və digər amillər nəzərdətutulur.
"SOCAR Trading" nümayəndəsinin sözlərinə görə, bütün buelementlər həqiqətən mövcuddur və BTC marşrutu region üçün dahatəhlükəsiz və daha dəyərli ixrac istiqamətidir və bu statusunu bugün də qoruyub saxlayır.
Forumda çıxış edən Pakistanın Neft institutunun (PetroleumInstitute of Pakistan) baş direktoru Şəhriyar Ömər bildirib ki,yaxın 5–10 il ərzində Mərkəzi Asiya və Azərbaycanın imkanları qərbistiqamətlərinə yox , cənub istiqamətlərinə doğru yönələcək və məhzindi müvafiq infrastruktur və nəqliyyat dəhlizlərinə investisiyayatırmaq zəruridir.
Onun sözlərinə görə, ənənəvi qərb bazarları, o cümlədən Avropa,uzunmüddətli perspektivdə demoqrafik dəyişikliklər və qalıqyanacaqlardan tədricən imtina səbəbindən əhəmiyyətini itirəcək.
"SOCAR Türkiye" şirkətinin müşaviri Mevlüt Çetinkaya isə öznövbəsində bildirib ki, Türkiyə və Qafqaz ölkələri uzunmüddətliperspektivdə neft-kimya sənayesinin mühüm mərkəzinə çevriləbilər.
Onun sözlərinə görə, enerji daşıyıcılarının qiymətlərininartması Avropa istehsalçılarının vəziyyətini əhəmiyyətli dərəcədəpisləşdirib və onları ABŞ və Asiya ölkələri ilə müqayisədə daha azrəqabətədavamlı edib.
“Nəticədə bir sıra müəssisələr tədricən bazardan çıxır,investisiya fəallığı isə digər regionlara yönəlir. Eyni zamanda,qlobal neft-kimya sənayesi struktur transformasiya mərhələsindənkeçir. Asiyada, xüsusilə Çində istehsal güclərinin sürətli artımımüşahidə olunur. Belə ki, əvvəllər milyonlarla ton polipropilenidxal edən ölkə bu gün artıq özü bu məhsulun ixracatçısınaçevrilib”, – deyə şirkətin müşaviri bildirib.
Forumdakı çıxışlarda hazırda ən dayanıqlı marşrutlardan birikimi nəzərdən keçirilən Orta Dəhlizə xüsusi önəm verilib.
“KMQ Kaşaqan B.V.” MMC-nin kommersiya məsələləri üzrə başdirektor müavini Kuanış Keskinbayev bildirib ki, Qazaxıstanneftinin ixracı üçün bu dəhlizin ötürücülük qabiliyyəti 5 milyontona qədərdir və həcmlərin artırılmasına ehtiyac yarandığı haldaəlavə limanlara, tanker gəmilərinə və əlaqəli infrastrukturuninkişafına investisiya qoyulmalıdır.
Onun sözlərinə görə, bu marşrut üzrə daşınma xərcləri adətənXəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemi ilə müqayisədə dahayüksəkdir, lakin Azərbaycan neftinin daha yüksək qiyməti bu fərqiqismən kompensasiya edir.
Eyni zamanda o, marşrutun iqtisadi xüsusiyyətlərinə də diqqətçəkib: KTK ilə müqayisədə daşınma xərclərinin daha yüksək olmasınabaxmayaraq, neft üzrə qiymət amilləri hesabına yekun ixracgəlirliliyi müqayisəolunan səviyyədə ola bilər.
Bu isə faktiki olaraq o deməkdir ki, marşrut seçimi getdikcəyalnız tariflərlə deyil, bütövlükdə sistemin çevikliyi ilə müəyyənolunur.
İnfrastrukturun inkişafının praktik nümunəsi kimi Qara dənizdəyerləşən Kulevi terminalı göstərilib. Bu barədə SOCAR Georgia BlackSea Terminal şirkətinin baş direktoru İsmayıl Kərimov məlumatverib.
O bildirib ki, 24 saatlıq iş rejiminə keçid və infrastrukturunmodernləşdirilməsi sayəsində aşırma gücləri demək olar ki, iki dəfəartırılıb.
Hazırda terminal iri tonnajlı gəmilərə xidmət göstərə və ciddigecikmələr olmadan fəaliyyət göstərə bilir ki, bu da bütün təchizatzəncirinin sürətinə birbaşa təsir edir.
Bu, daha geniş tendensiyanı əks etdirir: neft logistikasındarəqabət getdikcə daha az hasilatla, daha çox isə infrastrukturuneffektivliyi ilə müəyyən olunur.
Eyni zamanda forumda Ələt, Dübəndi, Aktau, Kurık limanlarının,eləcə də Bakı–Tbilisi–Qars dəmir yolunun və Orta dəhlizin əsasınıtəşkil edən digər mühüm qovşaqların inkişafı da müzakirəolunub.
Ekspertlər ayrıca cənub istiqamətinin perspektivlərinə dətoxunublar.
Pakistanın Neft institutunun (Petroleum Institute of Pakistan)baş direktoru Şəhriyar Ömər isə bildirib ki, yaxın 5–10 il ərzindəMərkəzi Asiya və Azərbaycanın imkanları qərb istiqamətlərinə yox ,cənub istiqamətlərinə doğru yönələcək və məhz indi müvafiqinfrastruktur və nəqliyyat dəhlizlərinə investisiya yatırmaqzəruridir.
Onun sözlərinə görə, ənənəvi qərb bazarları, o cümlədən Avropa,uzunmüddətli perspektivdə demoqrafik dəyişikliklər və qalıqyanacaqlardan tədricən imtina səbəbindən əhəmiyyətini itirəcək.
O qeyd edib ki, cənubda təxminən iki milyard əhalisi olan,sürətlə böyüyən bazar yerləşir və burada davamlı iqtisadi artımmüşahidə olunur.
Bu kontekstdə Pakistan getdikcə daha çox Mərkəzi Asiyanı cənubbazarları ilə birləşdirən potensial enerji və nəqliyyat qovşağıkimi nəzərdən keçirilir.
Risklər mövzusunda müzakirələri yekunlaşdıran maliyyə və hüquqsektorlarının nümayəndələri qeyd ediblər ki, təchizat zəncirlərininmürəkkəbləşməsi sığorta alətlərinin daha fəal tətbiqini tələbedir.
"Orbis Risk Partners" şirkətindən Mayk Şounun sözlərinə görə,regionda fraxtçıların məsuliyyət sığortası və multimodaldaşımaların sığortası, logistika zəncirlərinin artan mürəkkəbliyinəbaxmayaraq, hələ də kifayət qədər inkişaf etməyib.
Bu isə o deməkdir ki, risklər hazırda qeyri-bərabər paylanır vəbazarın bir çox iştirakçıları təchizat zəncirindəki pozuntularaqarşı həssas olaraq qalır.
Eyni zamanda "Dentons" şirkətinin tərəfdaşı Tim Stabbsvurğulayıb ki, qeyri-müəyyənliyin artması imkanların da artması iləmüşayiət olunur.
Onun sözlərinə görə, Orta dəhlizin inkişafının sürətlənməsiqlobal ticarətin yenidən qurulması fonunda Mərkəzi Asiya və Qafqazölkələri üçün yeni perspektivlər açır.
Bakıda keçirilən forumda əslində mühüm bir dönüş nöqtəsi qeydəalınıb: regionun neft logistikası birxətti sistem olmaqdan çıxaraqmarşrutlar, risklər və investisiya qərarlarından ibarət çoxqatlıarxitekturaya çevrilir.
Və məhz Xəzər və Mərkəzi Asiya ölkələrinin infrastrukturusürətlə uyğunlaşdırmaq qabiliyyəti yeni enerji coğrafiyasındaonların rəqabət qabiliyyətinin əsas amilinə çevrilir.
Məhz Xəzər və Mərkəzi Asiya ölkələrinin infrastrukturu sürətləuyğunlaşdırmaq qabiliyyəti yeni enerji coğrafiyasında onlarınrəqabət qabiliyyətinin əsas amilinə çevrilir.