“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa yayda komandadan ayrılmaq istəmir.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı futbolçu gələn təklifləri rədd edərək komandada qalmaq və əsas fiqurlardan birinə çevrilmək niyyətindədir.
Klubun onu satmaq planları ilə bağlı xəbərlər yayılsa da, Kamavinqa bu variantı qəbul etmir.
O, cari mövsümdə 39 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Müqaviləsi 2029-cu ilin ortalarınadək qüvvədədir.