EN

Su quyusuna görə 42 nəfər həyatını itirdi

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Çadda su quyusu üstündə icmalar arasında mübahisə silahlı qarşıdurmaya çevrilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 42 nəfər həyatını itirib.

Faciə Vadi-Firo vilayətində yaşanıb. Vilayətin hökümət nümayəndəsi Brahim İssa Qalmayenin bildirdiyinə görə, iki nəsil arasında yaşanan insident onlarla insanın yaralanmasına da səbəb olub.

Qeyd edək ki, Çadın şərqində otlaq sahələri, su quyuları və ev heyvanlarına görə icmalar arasında tez-tez qarşıdurma yaranır. Bəzən bu qarşıdurmalar silahlı münaqişələrə gətirib çıxarır. "International Crisis Group" qeyri-hökumət təşkilatlarının məlumatına görə, 2021-2024-cü illərdə bu tip münaqişələrdə mindən çox insan həlak olub, 2 mindən çoxu isə yaralanıb.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
12
525.az

10Sources