EN

Ukrayna İsraili Rusiya taxılına görə diplomatik mübahisə ilə hədələdi

Dogru.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Rusiyanın yeni bölgələrində yığılmış buğda daşıyan “Panormitis” gəmisinin İsrailin Hayfa limanına daxil olacağı təqdirdə rəsmi Təl-Əvivlə diplomatik gərginliyin yarana biləcəyi barədə xəbərdarlıq edib. Diplomatik mənbəyə istinadən məlumatı Axios jurnalisti Barak Ravid yayıb.

Doğru.az xəbər verir ki, Kiyev Rusiyaya məxsus gəminin hərəkətlərini yaxından izlədiyini bildirib.

Mənbənin sözlərinə görə, gəminin limanda lövbər salmasına və yük boşaltmasına icazə verilməsi iki ölkə münasibətlərinə təsir edə bilər.

Aprelin ortalarında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İsrailə Rusiyadan taxıl alınması ilə bağlı rəsmi şikayət ünvanlamışdı.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
9
dogru.az

10Sources