EN

Merts ilk dəfə Almaniyada populyarlıq reytinqində sonuncu olub

BAKI, 28 aprel. TELEQRAF

Almaniya kansleri Fridrix Merts ilk dəfə ölkədə siyasətçilərin populyarlıq reytinqində sonuncu pilləyə düşüb.

Teleqraf xəbər verir ki, bu nəticələr INSA institutunun "Bild" qəzeti üçün keçirdiyi sorğuda əksini tapıb.

Məlumata görə, Merts reytinqdə 18-ci yerdən 20-ci yerə geriləyərək ən az populyar siyasətçi olub və cəmi 28,9 bal toplayıb. Onun populyarlığının azalması həm ölkə üzrə ümumi göstəricilərdə, həm də öz elektoratı daxilində müşahidə olunur.

Bildirilir ki, hətta Xristian Demokrat və Xristian Sosial ittifaqı (CDU/CSU) tərəfdarları arasında da o, aşağı mövqedə qərarlaşıb. Bu elektoratda Merts 55,1 bal toplayaraq yalnız beşinci yerdədir.

Sorğuda iştirak edənlərin cəmi 10%-i kansleri müsbət qiymətləndirib, 58%-i isə ona mənfi münasibət göstərib.

Chosen
35
27
teleqraf.com

10Sources