BAKI, 28 aprel. TELEQRAF
İsrailin Livanın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində azı 4 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.
Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, hücumlar nəticəsində 4 nəfər ölüb, 51 nəfər isə xəsarət alıb.
Məlumata görə, zərbələr əsasən ölkənin cənub rayonlarını hədəf alıb.