EN

Marvelin ssenaristi vəfat etdi

Marvel və DC komikslərinin ssenaristi Cerri Konvey 74 yaşında vəfat edib.

Hakimiyyet.az xəbər verir ki, bu barədə Marvel veb-saytında deyilir.

"Ailəsi adından yazıçı və keçmiş Marvel baş redaktoru Cerri Konveyin vəfatını kədərlə elan edirik. Cerri pop mədəniyyətini formalaşdıran komikslər sahəsində mühüm bir şəxs idi", - deyə bildirilib.

Qeyd edilir ki, C.Konvey 10 sentyabr 1952-ci ildə Bruklində anadan olub. Karyerası ərzində Konvey "Dəmir adam" (1968), "Drakula" və "Hörümçək adam" komikslərinin epizodlarında çalışıb.

Chosen
27
50
hakimiyyet.az

10Sources