EN

BMT nin humanitar yardım daşıyan yük maşınına hücum etdilər

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) humanitar yardım daşıyan yük maşını Sudanın Şimali Darfur əyalətində pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində partladılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə QAK-ın "X" sosial şəbəkə hesabında yayılan bəyanatında məlum olub.

"Təcili sığınacaq dəstləri daşıyan yük maşını dronla vurulub. O, yüz minlərlə insanın təhlükəsizlik məqsədilə üz tutduğu Tavilaya gedirdi. İndi 1 300-dən çox ailə kəskin ehtiyac duyduqları sığınacaqsız qalıb", - paylaşımda qeyd olunub.

Avtomobil sürücüsünün sağ qaldığı bildirilir.

"Bu cür hücumlar yolverilməzdir. Onlar insanların həyatını təhlükəyə atır və onsuz da dağıdıcı olan böhranı daha da ağırlaşdırır. Dinc əhali və humanitar işçilər qorunmalıdır", - bəyanatda qeyd olunur.(Report)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
50
olke.az

10Sources