EN

Zelenski İrəvana GEDİR

Ukrayna prezidenti Volodimir Zelenskinin 4-5 may tarixlərində İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin (ASB) sammitində iştirak edəcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Ermənistanın "168.am" saytında özəl mənbələrə istinadən yer alıb.

Nəşrin yaydığı məlumata görə, Ukrayna liderinin sammitdə iştirakı üçün hazırlıqlar görülsə də, rəsmi dairələr bu səfəri hələlik təsdiqləmir.

Bildirilir ki, Ermənistan Xarici İşlər Nazirliyi təhlükəsizlik və digər diplomatik səbəblərdən səfərlə bağlı məlumatları gizli saxlamağa çalışır.

Qeyd edək ki, Zelenskinin Ermənistana mümkün səfəri bölgədəki mövcud geosiyasi vəziyyət fonunda böyük maraq doğurur.

Musavat.com

Chosen
32
43
musavat.com

10Sources