Bakı. Trend:
"Microsoft" və "OpenAI" arasında qüvvədə olan tərəfdaşlıqsazişinin şərtlərində dəyişiklik edilib.
Trend xəbər verir ki, bubarədə "OpenAI"nin rəsmi açıqlamasında qeyd olunub.
Yenilənmiş razılaşmaya əsasən, "Microsoft" 2032-ci ilə qədər"OpenAI"nin modelləri və məhsulları ilə bağlı intellektualmülkiyyət lisenziyasını qoruyub saxlayacaq. Ancaq "OpenAI" özməhsullarını digər bulud xidmətləri üzərindən də təqdim etməkimkanına sahib olacaq.
Buna baxmayaraq, "Microsoft" "OpenAI"nin əsas bulud tərəfdaşıstatusunu saxlayır və süni intellekt texnologiyalarının əsasən"Azure" platformasında yerləşdirilməsi davam edəcək. Şirkət eynizamanda "OpenAI"də əsas səhmdar olaraq qalır.
"Reuters" agentliyinin yaydığı məlumata əsasən, yeni şərtlər"OpenAI"yə məhsullarını "Microsoft"un birbaşa rəqibləri sayılan"Amazon" və "Google" kimi şirkətlərə də təqdim etməyə şəraityaradır.