EN

Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsinin vəzifələri təsdiqləndi

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət GömrükKomitəsinin Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsihaqqında Əsasnamə təsdiqlənib.

Trend-in əldəetdiyi məlumata görə, Əsasnaməda Azad və Xüsusi İqtisadi Zonalarüzrə Gömrük İdarəsinin vəzifələri də öz təsdiqini tapıb.

Belə ki, Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsifəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinəyetirəcək:

  • qanunvericiliklə müəyyən edilmiş qaydada AzərbaycanRespublikasının iqtisadi və milli təhlükəsizliyinin təminedilməsində iştirak etmək;
  • icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş normativhüquqi aktlara riayət olunmasını təmin etmək;
  • azad və xüsusi iqtisadi zonalara gətirilən və bu zonalardanaparılan mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinivə gömrük rəsmiləşdirilməsini həyata keçirmək;
  • malların və nəqliyyat vasitələrinin gömrük sərhədindənkeçirilməsinin sürətləndirilməsi üçün əlverişli şəraityaratmaq;
  • gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı təqdimolunmuş sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə vəqaydada saxlanılmasını təmin etmək;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada azad zona səlahiyyətliqurumu, azad zona inzibati müəssisələri və azad zona hüquqişəxsləri tərəfindən azad zonaya gətirilən və azad zonadan aparılanmallara və nəqliyyat vasitələrinə görə gömrük yığımlarınınalınmasını təmin etmək;
  • Azərbaycan Respublikasının gömrük ərazisi hüdudlarındankənardan xüsusi iqtisadi zonaya idxal olunmuş malların həminzonadan Azərbaycan Respublikasının gömrük ərazisinə buraxılmasızamanı qanunvericiliyə uyğun olaraq gömrük rüsumları və vergiləritutmaq;
  • aksizli malların xüsusi iqtisadi zonaya idxalı zamanıAzərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gömrüködənişlərinin alınmasını təmin etmək;
  • xüsusi iqtisadi zonada malların gömrük rəsmiləşdirilməsi vəgömrük orqanlarının sərəncamında olan gömrük anbarlarındasaxlanılması ilə bağlı qanunvericiliyə uyğun olaraq gömrükyığımlarının alınmasını təmin etmək;
  • gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması,aşkar edilməsi və araşdırılması üzrə tədbirlər görmək;
  • gömrük işi sahəsində cinayətlərə, gömrük qaydaları əleyhinəinzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, ocümlədən qanunvericiliklə qadağan edilmiş malların gömrüksərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq;
  • milli təhlükəsizliyin, ictimai asayişin, insanların həyat vəsağlamlığının, ətraf mühitin, heyvanlar və bitkilər aləminin,habelə mədəni, tarixi və arxeoloji sərvətlərin qorunması sahəsindətədbirlərin həyata keçirilməsində müvafiq dövlət orqanlarına yardımgöstərmək;
  • Azərbaycan Respublikasında xarici ticarətin gömrükstatistikasını və xüsusi gömrük statistikasını beynəlxalqstandartlara və təcrübəyə uyğun aparmaq və təkmilləşdirmək;
  • müasir informasiya-kommunikasiya texnologiyalarından və texnikinəzarət vasitələrindən istifadə etməklə, risklərin idarə edilməsisistemi əsasında gömrük nəzarətinin təkmilləşdirilməsi məqsədiləKomitəyə mütəmadi olaraq əsaslandırılmış təkliflər vermək;
  • xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılmasıilə əlaqədar müvafiq tədbirlər görmək;
  • sənaye və texnologiyalar parklarına, sənaye məhəllələrinəgətirilən və aparılan mallar üzrə gömrük rəsmiləşdirilməsiprosesinə yerli bölmələri vasitəsilə metodoloji dəstək göstərmək vəstatistik uçotu aparmaq;
  • dövlət orqanları, xarici ticarət iştirakçıları və səlahiyyətliiqtisadi operatorlarla məlumatların elektron formada mübadiləsinihəyata keçirmək;
  • beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təminedilməsi məqsədilə xarici ticarət iştirakçıları və səlahiyyətliiqtisadi operatorlarla tərəfdaşlıq əlaqələri yaratmaq;
  • qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinəyetirmək.
Chosen
9
6
az.trend.az

10Sources