EN

Bürcünüzə görə taleyiniz bu tarixlərdə həll olunacaq

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Mayda ulduzların düzülüşü bir çox insan üçün həm maddi, həm də mənəvi baxımdan yeni qapılar açacaq. Göy üzündəki hərəkətlilik xüsusilə karyera və şəxsi münasibətlərdə şansın pik həddə çatacağı günləri müəyyənləşdirib.Demokrat.az xəbər verir ki, astroloqlar may ayının ən uğurlu tarixlərini və bu günlərdə atılacaq addımların əhəmiyyətini açıqlayıblar. Bu ay xüsusilə pul, karyera və münasibətlər sahəsində mühüm fürsətlər vəd edir. Müəyyən edilən kritik tarixlərdə atılacaq addımlar ilin qalan hissəsinə ciddi təsir göstərə bilər. Astroloqların təqvimində 3 may yeni başlanğıclar və iş görüşmələri üçün ən ideal vaxt hesab olunur.Sevgidə sürprizlər gözləyənlər 7 mayı, maddi qazanc fürsətlərini dəyərləndirmək istəyənlər isə 12 mayı gözləməlidir. Karyerada yüksəliş və tərif almaq ehtimalı 18 mayda daha yüksəkdir. Ayın sonuna doğru, xüsusən 23 və 29 may tarixlərində şans və fürsətlər sürətlənəcək, böyük qərarlar vermək üçün münbit şərait yaranacaq.Bürclər üzrə bölüşdürülən şans faktorunda hər kəs üçün fərqli məqamlar var. Buğa bürcləri üçün 12 və 29 may tarixləri maddi qazanc baxımından öndədir. Əkizlər 3 və 18 mayda karyera fürsətləri ilə qarşılaşa bilərlər. Xərçəng bürcləri üçün 7 və 23 may hisslərin və yeni başlanğıcların dövrüdür. Şir və Əqrəblər 12-18 may tarixlərində maliyyə imkanlarını mütləq izləməlidirlər. Qızlar 3 və 29 mayda planlarını reallığa çevirə bilərlər. Tərəzi bürcü üçün 7 və 23 may münasibətlərdə həlledici olacaq. Oxatanlar ayın əvvəli və sonunda yeni qərarlar alacaq, Oğlaqlar isə 18 və 23 mayda iş həyatında irəliləyiş əldə edəcəklər. Dolçalar ayın ilk yarısında sosial çevrələrindən dəstək görəcək, Balıqlar isə 23 və 29 mayda həyatlarında tamamilə yeni səhifə açacaqlar. Mütəxəssislər xəbərdarlıq edir ki, bu xüsusi günlər sadəcə gözləməklə deyil, hərəkətə keçməklə məna qazanır. Uzun müddətdir təxirə salınan iş görüşmələri və maddi təşəbbüslər üçün may ayı unikal imkanlar təqdim edir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
52
10
demokrat.az

10Sources