EN

Rusiyada PUA hücumu ilə bağlı məlumat paylaşmaq qadağan edildi

Rusiyada  PUA hücumlarının nəticələri ilə bağlı foto və videoların mediada, eləcə də internet resurslarında yayılmasına qadağa qoyulub. Vətəninfo.az xəbər verir ki, məlumatı yalnız dövlət orqanlarına istinadən yaymaq olar.

2025-ci ilin avqust ayının sonunda TASS-ın hesablamalarına görə, belə qadağalar Rusiyanın 33 regionunda qüvvədə idi.

Bu qadağa Mərkəzi, Volqa və Cənub Federal Dairələrinin bütün regionları tərəfindən tətbiq olunub.

Şimali Qafqaz Federal Dairəsində məhdudiyyətlər yalnız Kabardin-Balkar və Karaçay-Çerkess Respublikalarında tətbiq olunmayıb. Şimal-Qərb Federal Dairəsində Murmansk, Kalininqrad bölgələri və Nenets Muxtar Dairəsində çəkilişlərə heç bir məhdudiyyət yoxdur.

Chosen
34
34
veteninfo.az

10Sources