EN

Tramp Kralın çiyninə vuraraq protokolu pozub - media

Tramp Kralın çiyninə vuraraq protokolu pozub - media

ABŞ Prezidenti Donald Tramp, Kral III Çarlzın Ağ Evə dövlət səfəri zamanı qeyri-rəsmi etik qaydaları pozub.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Britaniya kral ailəsinin üzvü ilə ilk olaraq fiziki təmas qurmağın qadağan olunmasına baxmayaraq, Tramp salamlaşmadan sonra Kralın çiyninə toxunub.

Bədən dili üzrə ekspert Cudi Ceyms bildirib ki, Kral buna kəskin etiraz etməyib. Ekspertin fikrincə, III Çarlz bu cür məqamlara anası Kraliça II Elizabetdən daha sakit yanaşır. Ceyms bu hərəkəti Amerika liderinin səmimiyyətini nümayiş etdirən və münasibətlərin yaxınlığını göstərən "siyasi jest" kimi qiymətləndirib.

Qeyd edək ki, bu, Kralın 2007-ci ildən bəri (vəliəhd olduğu dövrdən bəri) ABŞ-a ilk rəsmi dövlət səfəridir. Yüksək səviyyəli görüşlərlə müşayiət olunan bu səfər aprelin 30-dək davam edəcək.

Xatırladaq ki, Britaniya kral protokolu monarxa ilk olaraq toxunmağı qadağan edir, lakin son illərdə bir çox dünya liderləri tərəfindən bu qaydanın "yumşaldıldığı" müşahidə olunur.

Chosen
7
20
afn.az

10Sources