EN

Əfqanıstanda Pakistan zərbələri nəticəsində ölənlər var

Kunar vilayətində yaşayış evləri və universitet hədəf alınıb, tərəflər bir-birini ittiham edir...

Əfqanıstanda Pakistan tərəfindən həyata keçirildiyi iddia olunan hücumlar nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Əfqanıstan hakimiyyətinin açıqlamasına görə, minaatan və raket atəşləri nəticəsində azı 4 nəfər həyatını itirib, 70-dən çox insan yaralanıb.

Məlumata görə, hücumlar Kunar vilayətində baş verib və yaşayış evləri ilə yanaşı universitet də zərər görüb. Hadisə nəticəsində tələbələr, qadınlar və uşaqların da zərər çəkdiyi qeyd olunur.

Əfqanıstanda bu hadisə “bağışlanmaz hərbi cinayət” kimi qiymətləndirilib. Pakistan tərəfi isə ittihamları rədd edərək zərbələrin “terrorçu infrastruktura” qarşı yönəldiyini bildirib.

Poliqon.info

Chosen
24
40
poliqon.info

10Sources