EN

Dövlət məktəblərində başqa dildə təhsil almaq istəyən şagirdlər üçün yeni qaydalar

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, növbəti tədris ilindənetibarən dövlət məktəblərində digər dildə təhsil almaq istəyənşagirdlərin müsahibə qaydası təsdiqlənib.

Trend-in əldəetdiyi məlumata əsasən, I sinfə qəbul üzrə müsahibələr ildə 1 (bir)dəfə olmaqla cari ilin may-iyun aylarında, II-XI siniflər üzrəmüsahibələr 2 (iki) dəfə olmaqla cari ilin avqust və növbəti ilinyanvar aylarında keçiriləcək.

Müsahibələrin keçirilməsi ilə bağlı Nazirlik və ya yerlibölmələrin rəsmi internet saytında və mediada müsahibələrinbaşlamasına azı 1 (bir) ay qalmış elan veriləcək. Müsahibəərizəçinin razılığı ilə videoçəkiliş aparılmaqla, azı 20 dəqiqəmüddətində keçiriləcək.

Müsahibədə şagirdin dinləyib-anlama bacarığı, rabitəli danışmabacarığı, söz ehtiyyatı, hərf və səsləri anlama və tələffüz etmə,danışma bacarığı, yazı bacarığı yoxlanılacaq.

Müsahibədən 12 və daha çox bal toplamış uşaq (şagird)müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.

Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 (beş) iş günümüddətində ərizəçinin elektron kabinetinə göndərilir. Ərizəçiyəkənar müdaxilələr etmədən müsahibə prosesini izləməyə icazəverilir. Üzrlü səbəblərdən (rəsmi sənədlə təsdiq edildiyi halda –bədbəxt hadisə, təbii və fövqəladə hallar, xəstəlik, uşağın və (vəya) ərizəçinin müalicəsi, ərizəçinin xidməti ezamiyyədə olması) Isinfə qəbul üzrə müsahibədə iştirak etməyən uşaqlar üçünmüsahibələr cari ilin avqust ayında təşkil olunacaq.

Qeyd edək ki, müsahibələr müvafiq olaraq Naxçıvan MuxtarRespublikasının Təhsil Nazirliyi və ya Azərbaycan RespublikasınınElm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrəDövlət Agentliyinin yerli bölmələri tərəfindən həyatakeçirilir.

Chosen
2
5
az.trend.az

10Sources