EN

Şəfiqə Abbasova: Prezidentimizə bizi məcburi köçkünlük həyatından xilas etdiyi üçün çox minnətdaram  

Mən Cəbrayıl rayonunun Şahvəli kəndindənəm. 1993-cü ildə məcburi köçkün düşdük və Xırdalan qəsəbəsində məskunlaşdıq. O illər bizim üçün çox ağrılı və acılı keçdi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində keçmiş məcburi köçkün Şəfiqə Abbasova deyib.

“Yoldaşımla birlikdə gəlmişdik, lakin o, bu günləri görmədən vəfat etdi. İndi dörd nəvəm, üç oğlum və iki gəlinim var. Şükürlər olsun ki, hazırda hamımız bir yerdəyik və ailəmlə Xanoba kəndinə qayıdırıq. İnşallah, bundan sonra da burada ailəlikcə birlikdə yaşayacağıq”, – deyə Şəfiqə Abbasova bildirib.

“Prezidentimizə cansağlığı arzulayıram. Bizi bu çətin günlərdən, məcburi köçkünlük həyatından xilas etdiyi üçün çox minnətdaram. Uzun illər “qaçqın” adı ilə yaşadıq. Allah bu adı üzərimizdən götürənlərə cansağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların anaları qarşısında baş əyirik. Qazilərimizə Allah cansağlığı versin. Allah bizə də uzun ömür və sağlamlıq nəsib etsin ki, doğma torpaqlarımızda rahat yaşaya bilək”, – deyə o vurğulayıb.

Chosen
13
15
azerbaijan-news.az

10Sources