EN

Donald Tramp İranın təklifindən narazıdır

ABŞ Prezidenti Donald Tramp İranın Yaxın Şərqdəki münaqişəni sona çatdırmaq məqsədilə irəli sürdüyü təklifdən məmnun deyil. Çünki Tehran bu sənəddə nüvə proqramına toxunmur.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ-li rəsmiyə istinadən məlumat yayıb.

Agentliyin mənbəsi qeyd edib ki, Ağ Ev lideri bu təklifi bəyənmir.

Prosesdən məlumatlı olan iki mənbəyə istinad edən CNN telekanalı isə bildirib ki, Trampın İranın planını qəbul edəcəyi inandırıcı görünmür. Həmin məmurların sözlərinə görə, İranın uranı zənginləşdirməsi və onun ehtiyatları ilə bağlı məsələlər həll olunmadan Hörmüz boğazında hərəkətin bərpası ABŞ-ni danışıqlarda əsas təsir imkanından məhrum edə bilər. "Digər tərəfdən boğazın blokadasının saxlanılması enerji daşıyıcılarının qiymətlərinin yüksək olduğu dövrü uzadacaq ki, bu da artıq ABŞ-də qazın dəyərinin kəskin artmasına səbəb olub", - deyə onlar əlavə ediblər.

Telekanal yazır ki, Trampın bundan sonrakı addımları qeyri-müəyyəndir.

Birləşmiş Ştatların rəsmiləri hələ də İran rejimi daxilindəki parçalanmadan narahatdırlar və potensial razılaşma üzrə yekun qərarları konkret kimin verəcəyinə əmin deyillər.

Bir müddət əvvəl Tramp İranın təşəbbüsünü milli təhlükəsizlik üzrə baş məsləhətçiləri ilə müzakirə edib. Tehran İran limanlarının ABŞ tərəfindən blokadasının ləğv edilməsi və nüvə məsələsi üzrə danışıqların təxirə salınması şərti ilə ABŞ ilə müharibəni bitirməyi, eləcə də Hörmüz boğazında gəmilərə hücumları dayandırmağı təklif edib.

"Axios"un məlumatına əsasən, İran hakimiyyəti daxilində hansı nüvə güzəştlərinə getməyə hazır olduqları barədə yekdil fikir yoxdur.

Vasitəçi qismində çıxış edən Pakistandakı "Reuters" mənbələrinin bildirdiyinə görə, birbaşa təmasların olmamasına baxmayaraq, ABŞ və İran arasındakı fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində işlər dayandırılmır.

Ağ Evin nümayəndəsi Oliviya Uels daha əvvəl CNN-ə bildirib ki, danışıqlar həssas xarakter daşıyır və ABŞ bunları mətbuat vasitəsilə şərh etməyəcək:

"Prezidentin də dediyi kimi, üstünlük Birləşmiş Ştatların əlindədir. Razılaşma yalnız Amerika xalqının maraqlarının ön planda tutulduğu və İranın heç vaxt nüvə silahı əldə etməyəcəyi təqdirdə bağlanacaq".

Chosen
11
50
redaktor.az

10Sources