EN

Duş kabina Kontakt.az-da — ölçü, poddon, qapılar

 

Hamamda yer azdırsa, həm də rahatlıq olsun düşünürsünüzsə, duş kabina ən ağıllı həllərdən biridir. Su ətrafa sıçramır, məkan daha səliqəli görünür və istifadə daha rahat olur. Amma düzgün duş kabinəsi seçmək üçün bir neçə vacib detalı bilməlisən.

İlk addım — ölçüdür. Sadəcə “bura yerləşir” düşüncəsi yetərli deyil. Rahat istifadə üçün:

  • eni, uzunluq və hündürlük ölçülərinə baxmaq;
     
  • qabağında sərbəst hərəkət üçün yer saxlamaq;
     
  • su və kanalizasiya çıxışlarının yerini nəzərə almaq lazımdır.

Kiçik hamamlar üçün künc duş kabina ideal variantdır. Yerə qənaət edir və interyeri yükləmir.

Podon (alt hissə) istifadə rahatlığını ciddi dəyişir.

  • Aşağı podon — minimalist və rahat giriş
     
  • Hündür podon — suyun daşmasının qarşısını daha yaxşı alır

Material da vacibdir. Ən çox istifadə olunan variant akril podonlardır. Onlar yüngüldür və tez qızır.

Burada digər vacib məqam və seçim qapı mexanizmidir:

  • sürüşən qapılar — yer qənaəti üçün
     
  • menteşe ilə açılan — daha geniş məkanlar üçün
     

Kiçik hamam üçün sürüşən sistem daha rahatdır. Böyük sahədə isə klassik açılan qapı daha komfortlu olur.

Material və konstruksiya

Şüşə duş kabina seçəndə materiala fikir vermək lazımdır. Adətən temperli şüşə istifadə olunur. Bu, daha təhlükəsiz və möhkəm sayılır. Karkas hissədə isə profil vacibdir. Alüminium profil həm yüngüldür, həm də paslanmır.

Sızdırmazlıq və qulluq

Yaxşı kabina su buraxmamalıdır. Buna görə:

  • keyfiyyətli sızdırmazlıq sistemi olmalıdır
     
  • düzgün silikon istifadə edilməlidir
     
  • montaj zamanı boşluq qalmamalıdır

Düzgün montaj və quraşdırma kabinanın uzunömürlü olmasına təsir edir.

Seçim necə edilməlidir?

Proses sadədir:

  1. Hamamı ölçün
     
  2. Podon tipini seçin
     
  3. Qapı mexanizmini müəyyən edin
     
  4. Materiala qərar verin (şüşə, profil)
     
  5. Büdcəni planlaşdırın

Su axınını və təzyiq balansını qoruyan müasir duş kabinaları həm rahatlıq, həm də daha effektiv istifadə imkanı yaradır. Doğru ölçü, keyfiyyətli material və uyğun qapı sistemi ilə siz gündəlik istifadəni maksimum komforta çevirirsən. Bu komfortun hamısını bir ünvanda necə tapa bilərəm düşünürsənsə, bunun üçün kontakt.az saytında müxtəlif shower cabin modelləri var. Fərqli dizayn və ölçü seçimləri mövcuddur. Burada modellərin qiymətləri ilə tanış ola, öz büdcənizə uyğun qiymətdə olan növləri seçə bilərsinin. Məhsullar Baku daxil olmaqla bütün Azerbaijan üzrə çatdırılır.

 

Chosen
5
16
bizim.media

10Sources