EN

Trampı öldürməyi həədəfləyən Koul Allen nədən narazı olub?..

Trampın iştirak etdiyi qəbulda atışmada şübhəli bilinən şəxsin paylaşımları üzə çıxıb...

Trampın iştirak etdiyi qəbulda atışmada şübhəli bilinən 31 yaşlı Koul Allenin sosial şəbəkələrdə ABŞ hakimiyyətini Ukrayna və İran siyasətinə görə tənqid etdiyi bildirilir.

Poliqon xəbər verir ki, bu barədə The New York Post qəzeti məlumat yayıb. Məlumata görə, Allen paylaşımlarında ABŞ-nin Ukraynaya dəstəyinin azaldılmasından narazılığını ifadə edib, həmçinin Ukrayna bölmələri və tələbələri üçün yardım kampaniyalarına keçidlər paylaşıb.

Bildirilir ki, o, paylaşımlarında Tramp administrasiyasının nümayəndələrini də kəskin tənqid edib. Allen ABŞ Prezidentini “sosiopatik mafiya bossu” adlandırıb və Vaşinqtonun xarici siyasət qərarlarını mənfi qiymətləndirib.

Xüsusilə, o, İranla müvəqqəti atəşkəs razılaşmasını “təslimiyyət” kimi xarakterizə edib.

Poliqon.info

Chosen
24
21
poliqon.info

10Sources