Bəzən ayrı-ayrı seysmoloqlar zəlzələ ilə bağlı fərqli proqnozlar verir, az qala, həyəcan siqnalı çalınmasına təşviq edirlər.
"Yeni Sabah" xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda Respublika Elmi Konfransında deyib.
Onun sözlərinə görə, bununla belə, Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi baş verən hadisələr haqqında dəqiq proqnozlar verərək cəmiyyəti ajiotajdan xilas edir:
"Hətta mən özüm Qurban Yetirmişlidən soruşuram ki, o nəyə əsaslanaraq bu qədər nikbin proqnozlar verir? O isə özünün təhlillərini mənə göstərir və görürəm ki, doğrudan da, bu təhlillər elmin son nailiyyətlərinin tətbiqi ilə ortaya çıxır".
Akademik Mərkəzin ümumi fəaliyyətini yüksək qiymətləndirdiyini də bildirib.
Telegram kanalımız