EN

İsmayıllının bu kəndində yol yoxdur - Uşaqlar məktəbə belə gedirlər (VİDEO)

İsmayıllı rayonunun Çəndahar kəndində yol infrastrukturu bərbad vəziyyətə düşüb.

"Unikal"ın məlumatına görə, bu barədə kənd sakinlərindən biri məlumat verib. O bildirib ki, Çəndahar kəndində yol məsələsi ciddi problemdir:

"Artıq bir həftədir ki, kənddə ümumiyyətlə, yol yoxdur. Uşaqlar məktəbə çox çətinliklə və təhlükəli yollarla gedib-gəlmək məcburiyyətində qalırlar. Problemin həll edilməsi üçün aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, heç bir müsbət dəyişiklik baş verməyib.

Yol idarəsi bir traktor və nümayəndə göndərir, amma deyirlər ki, bu məsələ onlara aid deyil".

Murad İbrahimli

Chosen
20
50
unikal.az

10Sources