EN

Vaşinqtonda atışma şübhəlisi Trampa sui qəsd cəhdində ittiham olunur

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı atəş açan 31 yaşlı müəllim Kol Tomas Allen ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdində ittiham olunur.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, əgər onun günahı sübut olunarsa, Allen ömürlük həbs cəzası ilə üzləşə bilər.

Qeyd olunub ki, hadisə aprelin 25-də Vaşinqton Hilton Otelində baş verib.

Məlumata görə, silahlı şəxs atəş açaraq tədbirin keçirildiyi zala daxil olmağa cəhd edib.

Bildirilib ki, insident zamanı Məxfi Xidmət agenti yaralanıb.

Qeyd olunub ki, Allen həmçinin qanunsuz odlu silah saxlamaqda və zorakılıq törətmək niyyəti ilə silahdan istifadə etməkdə ittiham edilir.

Məlumata əsasən, şübhəlinin üzərində əlavə olaraq üç bıçaq da aşkar edilib.

Bildirilib ki, ABŞ Baş prokuroru vəzifəsini icra edən Todd Blanç dinləmədən sonra jurnalistlərə açıqlamasında müstəntiqlərin Allenin hadisə gecəsi qohumlarına göndərdiyi elektron məktubda Trampı “xain” adlandırdığını və onu hədəf aldığını ehtimal etdiklərini deyib.

Qeyd olunub ki, Tramp daha əvvəl 2024-cü il seçki kampaniyası zamanı iki sui-qəsd cəhdinin hədəfi olub.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
14
redaktor.az

10Sources