EN

Trampa sui-qəsd cəhdində ittiham olunan şəxs ömürlük azadlıqdan məhrum edilə bilər

ABŞ prezidenti Donald Trampın iştirak etdiyi qəbulda atəş açan Kol Tomas Allen prezidentə sui-qəsd cəhdində ittihamı ilə ömürlük azadlıqdan məhrum edilə bilər.

Bu barədə ABŞ-ın Baş prokuroru vəzifəsini icra edən Todd Blanş məlumat verib.

"Bu gün Ədliyyə Nazirliyi Kolumbiya dairəsindəki federal məhkəmədə Kol Tomas Allenə qarşı üç ittiham irəli sürüb. Birinci ittiham ABŞ prezidentinə sui-qəsd cəhdidir. Bu cinayəti törədən şəxs ömürlük həbs cəzası ilə cəzalandırılır", - o bildirib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs otel otağını əvvəlcədən sifariş edib.

Allenə qarşı digər ittihamlar arasında ağır cinayət törətmək niyyəti ilə odlu silah və sursat daşımaq və zorakı cinayətin törədilməsində odlu silahdan istifadə etmək maddələri də var.

Allenin ilk məhkəmə prosesi aprelin 30-da baş tutacaq.

Chosen
22
8
7news.az

10Sources