EN

ABŞ-dan İranla bağlı dünya ölkələrinə xəbərdarlıq: Bu halda… 

İran aviaşirkətləri ilə iş görən ölkələrə, qurumlara,  şəxslərə sanksiyalar tətbiq ediləcək və lazımi tədbirlər görüləcək.

Ölkə.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skot Bessent  deyib.
Sanksiyalara məruz qalan İran aviaşirkətləri ilə iş görmək ABŞ sanksiyalarına məruz qalma riskini daşıyır, -Bessent vurğulayıb.

Bununla bağlı dünya ölkə hökumətlərinə müraciət edən Bessent yurisdiksiyaları daxilindəki şirkətlərə nəzarətin gücləndirmək barədə xəbərdarlıq edib. “Bu təyyarələrə reaktiv yanacaq təchizatı, yanacaqdoldurma xidmətləri, eniş haqları və ya texniki xidmət xidmətləri daxil olmaqla heç bir xidmət göstərməməsini təmin etmək üçün bütün zəruri tədbirləri görməlidirlər.

İqtisadiyyat və “Qəzəb Əməliyyatı”nın bir hissəsi olaraq, ABŞ Maliyyə Nazirliyi İrana maksimum təzyiq göstərəcək və İran qurumları ilə iş görən və ya bu cür işlərə kömək edən üçüncü tərəflərə qarşı tədbir görməkdən çəkinməyəcək", - o qeyd edib.

Mürtəza

Chosen
71
14
olke.az

10Sources