EN

İsa Həbibəyli: “Qurban Yetirmişlidən soruşuram ki, nəyə əsaslanıb nikbin proqnozlar verir?”

“Azərbaycanda zəlzələlərin öyrənilməsi istiqamətində tədqiqatların aparılması, proqnozlaşdırılması gündəmimizi məşğul edən məsələlərdəndir”.

Bizim.Media xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda keçirilən Respublika Elmi Konfransında deyib.

O, qeyd edib ki, Seysmoloji Xidmət Mərkəzi riskləri öz üzərinə götürərək elmin son nailiyyətlətindən çıxış etməklə cəmiyyətə nikbin proqnozlar verir:

“Hətta bəzən mən özüm Qurban Yetirmişlidən soruşuram ki, o nəyə əsaslanaraq bu qədər nikbin proqnozlar verir? O isə özünün təhlillərini mənə göstərir və görürəm ki, doğrudan da, bu təhlillər elmin son nailiyyətlərinin tətbiqi ilə ortaya çıxır”.

Naibə Məmmədova, Vüqar Ağayev, Bizim.Media

Chosen
11
50
bizim.media

10Sources