EN

Sandu: Rumıniyaya birləşmək Moldovanın Aİ-yə daha tez daxil olmasına imkan verəcək

Moldovanın Rumıniyanın tərkibinə daxil olması Kişinyovun Avropa İttifaqına daha sürətli qoşulmasına imkan verə bilər.

Bunu Moldova Prezidenti Maya Sandu “Le Monde” nəşrinə müsahibəsində bildirib.

“Bu, bizə Aİ-yə daha tez daxil olmağa imkan verər və kömək edə bilər”, – Rumıniya vətəndaşlığına malik olan Maya Sandu deyib.

O vurğulayıb ki, belə qərar vətəndaşların əksəriyyəti tərəfindən qəbul edilməlidir.

Moldova Prezidenti Aİ-yə üzvlük üçün alternativ yollar barədə də danışıb. Maya Sandu Moldovanın tanınmamış “Dnestryanı Respublika” olmadan da birliyə qoşulmasının mümkünlüyünü istisna etməyib.

“Bu mümkün həll variantıdır”, – Moldova Prezidenti qeyd edib.

Chosen
26
27
apa.az

10Sources