EN

Bakıda 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu keçiriləcək

Bakı. Trend:

5-8 may tarixlərində Bakıda “Caspian Agro Week” - 19-cuAzərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFoodAzerbaijan” - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi vəeləcə də, “Horeca Caspian” - 14-cü Xəzər Beynəlxalq Mehmanxana,Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisikeçiriləcək.

Trend xəbərverir ki, regionun kənd təsərrüfatı və qida sənayesi üzrə sərgiləriolan “Caspian Agro Week” və “InterFood Azerbaijan” müvafiqsahələrdə fəaliyyət göstərən bütün oyunçuları bir araya toplayanilin vacib hadisələridir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sərgilərətəşkilati dəstək göstərir. Nazirlik həmçinin sərgilərdə öz stendiilə iştirak edərək aqrar sektorun inkişafına yönəlmiş layihələr,innovativ yanaşmalar və dövlət dəstəyi mexanizmləri barədəziyarətçilərə geniş məlumat təqdim edir.

Eyni zamanda “Caspian Agro Week” və “InterFood Azerbaijan”sərgiləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi(AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafıAgentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın vəİnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), AzərbaycanRespublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyası (ASK), Azərbaycan Qida və İçki SənayeçiləriAssosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı(FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA)tərəfindən dəstəklənir.

İndiyədək sərgilərdə iştirakını dünyanın 45 ölkəsindən 447şirkət təsdiq edib. Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı,Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Benin, BöyükBritaniya, Braziliya, Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin,Gürcüstan, Efiopiya, Fil dişi sahili, Finlandiya, Fransa,Hindistan, İndoneziya, İspaniya, İsveç, İtaliya, Kamerun, Latviya,Meksika, Misir, Niderland, Nigeriya, Polşa, Qana, Qazaxstan, RusiyaFederasiyası, Seneqal, Somali, Şri-Lanka, Tanzaniya, Tayland,Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya vədigər ölkələri əhatə edir.

Eyni zamanda sərgilər çərçivəsində Almaniya, Belarus, Braziliya,Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplarformatında öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdimedəcəklər. AFAZ (Africa-Azerbaijan Cooperation) ayrıca stendləiştirak edəcək və bu stenddə aşağıdakı ölkələrdən olan şirkətlərtəmsil olunacaq: Benin Respublikası, Cənubi Sudan Respublikası,Efiopiya Federativ Demokratik Respublikası, Fil Dişi SahiliRespublikası, Kamerun Respublikası, Nigeriya FederativRespublikası, Qana Respublikası, Seneqal Respublikası, SomaliFederativ Respublikası, Tanzaniya Birləşmiş Respublikası, ZambiyaRespublikası. Qeyd etmək lazımdır ki, AFAZ və Braziliya busərgilərə ilk dəfə qatılır.

Sərgilərdə tətbiq olunan yeniliklərdən biri də odur ki, 2026-cıildə “InterFood Azerbaijan” sərgisi vahid məkanda – Bakı EkspoMərkəzinin 4-cü pavilyonunda cəmləşəcək. Beləliklə, qida sənayesinitəmsil edən bütün yerli və xarici şirkətlər öz məhsullarını məhz bupavilyonda ziyarətçilərə təqdim edəcəklər. Bu yanaşmaziyarətçilərin sərgi daxilində vaxtına qənaət etməsinə və qidasektoruna aid bütün yenilikləri vahid bir məkanda, daha rahatşəkildə izləməsinə imkan yaradır.

Qeyd etmək lazımdır ki, bu sərgilər Bakı Ekspo Mərkəzinin həmqapalı pavilyonlarında, həm də açıq hava sahəsində təşkil olunur.Xüsusilə açıq sahədə kənd təsərrüfatı üçün nəzərdə tutulanirihəcmli texnika və ən müasir aqrar məhsulların genişekspozisiyası nümayiş olunacaq. Burada ziyarətçilər aqrar sektorunən son texnoloji nailiyyətləri və avadanlıqları ilə yaxından tanışola biləcəklər.

Xarici ölkə nümayəndələri və yerli şirkətlərlə yanaşı, bu ilsərgidə Azərbaycanın bölgələri də aktiv şəkildə təmsil olunacaq.Ziyarətçilər sərgilər çərçivəsində bölgələrin aqrar və qidasahəsindəki imkanları ilə yaxından tanış olmaq imkanı əldəedəcəklər.

Regionun ən böyük kənd təsərrüfatı sərgisi olmaqla, “CaspianAgro Week” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları,suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiyatexnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik,meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantılarınemalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatəedir. Sərgi yenidən kənd təsərrüfatı sənayesinin aparıcıiştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədənidxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarınındistribütorları, topdan və pərakəndə ticarət nümayəndələri,həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar auditoriyanıbir araya toplayaraq təcrübə, bilik və innovasiyalar mübadiləsiüçün unikal imkanlar yaradır.

Eyni zamanda sərgidə “Smart Agro” istiqaməti üzrə süniintellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika,pilotsuz uçuş aparatları və “green agro” bölmələri yer alır.
“InterFood Azerbaijan” sərgisində isə qida sənayesi, içkilər,şirniyyat, süd məhsulları, qənnadı və un məmulatları,meyvə-tərəvəz, qablaşdırma, qida texnologiyaları, eləcə də, halalqida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunur.

Sərgilər “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişliplatforma rolunu oynayır. Ötən il olduğu kimi bu il də “CaspianAgro Week” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsindəiştirakçılar bu brend altında məhsullarını nümayiş etdirirlər. Bu,qlobal kənd təsərrüfatı və qida sənayesində yerli istehsalıninkişafının və rəqabət qabiliyyətinin parlaq nümunəsidir.

İlk dəfə olaraq “Caspian Agro Week” və “InterFood Azerbaijan”sərgiləri zamanı “Hosted Buyer” (Alıcı Missiyası) proqramı təşkilolunacaq. Bu proqram sərgiyə qatılan ziyarətçi-alıcılar üçünmaksimum effektiv
və rahat iş şəraitinin yaradılması məqsədilə həyata keçirilir.“Hosted Buyer” çərçivəsində sərgilərə Rusiyanın “Lenta”, “Samokat”,“Fresh market” hipermarketləri və digər şirkətlər qatılacaq.

“Caspian Agro Week” və “InterFood Azerbaijan”ın tədbirlərproqramı “Caspian Agro Week” və “InterFood Azerbaijan” çərçivəsində4 gün ərzində zəngin, faydalı və intensiv işgüzar proqram təqdimolunacaq. Proqrama beynəlxalq forumlar, panel müzakirələr, sahəüzrə təqdimatlar və master-klasslar, eləcə də ənənəvi B2B və B2Ggörüşlər daxildir.

Sərgilərin təqdimat zonasında Azərbaycan Respublikası KəndTəsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bir sıra forumlarkeçiriləcəkdir: 3-cü Beynəlxalq Aqrar İnnovasiya Forumu, RisklərəQarşı Aqrar Sığortanın Gücü Forumu, Dövlət–özəl tərəfdaşlığıçərçivəsində Aqronomların II Beynəlxalq Forumu, "AGROSCIENCE"Forumu. Daha bir tədbir isə sərgilər çərçivəsində “Baku MarriottHotel Boulevard” hotelində baş tutacaq 5-ci Aqrobiznesin İnkişafıForumudur.

Bakı Ekspo Mərkəzin təqdimat zonasında sərgi günlərində “Food &Agro Talks” adlı sahə üzrə təqdimatlar və master-klasslar təşkilediləcəkdir. Burada aqrar və qida sənayesinin aparıcımütəxəssisləri, istehsalçılar və sahə nümayəndələri aktual mövzularətrafında çıxışlar edəcək, real təcrübə və biliklərinibölüşəcəklər. “Food & Agro Talks” çərçivəsində “Azərbaycandaaqrobiznesin inkişafı və dəstək proqramları: kiçik təsərrüfatlardanböyük aqrokorporasiyalara qədər”, “Fermalar və su: Davamlı sutəchizatı və effektivlik”, “Azərbaycanın qida sənayesindətendensiyalar və innovasiyalar”, “Fermerlər üçün maliyyə həlləri”,“Ekoloji yönümlü kənd təsərrüfatı və qida təhlükəsizliyi: müasiryanaşmalar və həllər” adlı panel sessiyaları və "CEO kimi düşün"interaktiv keys sessiyası keçiriləcək.

Sərgilər çərçivəsində həmçinin “WomenSpace: Qida, ünsiyyət,mentorluq” adlı tədbir və Şokolad art-instalyasiyaları sərgisitəşkil ediləcək.

“InterFood Azerbaijan” sərgisi çərçivəsində iştirakçılar vədəvət olunmuş şirkətlər üçün “Retail Center – Ticarət şəbəkələriningörüş mərkəzi” fəaliyyət göstərəcək. Sərginin 2-ci günü çalışacaqbu mərkəzdə qida sənayesi istehsalçıları və iri pərakəndə ticarətşəbəkələrinin nümayəndələri arasında məqsədyönlü işgüzar görüşlərtəşkil olunacaq. Bu platforma iştirakçılara məhsullarını birbaşapotensial alıcılara təqdim etmək, yeni satış kanalları qurmaq vəəməkdaşlıq imkanlarını genişləndirmək imkanı yaradacaq.

Chosen
43
8
az.trend.az

10Sources