EN

“Qarabağ” 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb

Bakı, 28 aprel, AZƏRTAC

“Qarabağ” Azərbaycan çempionatları tarixində 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, Ağdam klubu Premyer Liqanın XXIX turunda yubileyi gerçəkləşdirib. “Neftçi”nin qonağı olan ağdamlılar üç xalı 5 qolla qazanıblar – 5:1.

“Qarabağ” turnirdə qazanılan böyükhesablı qələbələrin həm ümumi sayında, həm də səfərdəki göstəricidə rekordçudur. Klub çempionatda rəqib meydanında ilk belə qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Kürdəmir “Şirvan”ı ilə görüşdə qonaqlar üç cavabsız qolla qalib gəlib.

Chosen
23
14
azertag.az

10Sources