EN

Tedesko getdi – “Fənər”ə kim gəlir?

“Fənərbağça” rəhbərliyi baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, klub bu barədə dünən açıqlama yayıb. Təkcə baş məşqçi deyil, eyni zamanda idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çələbi də vəzifələrindən kənarlaşdırılıb.

Tedeskonun yerinə isə hazırda bir neçə namizəd var. İsmayıl Kartal onlardan biridir. Türkiyəli mütəxəssisin növbəti mövsümdən komandanı çalışdıracağı gözlənilir.

Klubun yaydığı rəsmi bəyanatda bildirilir ki, mövsümün sonuna qədər komandaya köməkçi məşqçi Zeki Murat Göle rəhbərlik edəcək.

Chosen
42
idmanxeber.az

1Sources