Bir çox hallarda Azərbaycan palçlq vulkanları ölkəsi kimi xarakterizə olunur.
Teleqraf xəbər verir ki, bunu RSXM-nin baş direktoru,AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda Respublika Elmi Konfransında deyib.
O bildirib ki, buna səbəb Azərbaycanda 300-dən çox palçıq vulkanları var.
O həmçinin vurğulayıb ki, qısamüddətli zəlzələ proqnozunu öncədən demək qeyri-mümkündür:
"Ölkəmizdə baş vermiş ortamüddətli zəlzələnin isə proqnozlarını daha öncədən vermişdik. Hər bölgədə olan stansiyada kompleks analizlər aparılır. İlboyu blokların hərəkətləri, sürəti, istiqaməti müəyyənləşir. Seysmoloji Xidmət Mərkəzi tərəfindən sürüşmə zonalarıda kompleks tədbirlərlə sürüşmənin dərinliyi, ümumi kütləsi, istiqaməti dərindən əsaslandırılır və layihələndirmə üçün təhvil verilir".