EN

Bakıdakı IE Mərkəzi Azərbaycan-İspaniya münasibətlərinə yeni ölçü verir - nazir müavini

Bakı. Trend:

İspaniyanın IE Universitetinin Bakıda fəaliyyət göstərəcəkLiderlik və İnnovasiya Mərkəzi sadəcə təhsil təşəbbüsü deyil,Azərbaycanın gələcəyinə strateji investisiyadır.

Trend xəbər verirki, bunu Azərbaycanın İqtisadiyyat Nazirinin birinci müavini ElnurƏliyev Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması üzrəAnlaşma Memorandumunun imzalanması mərasimində çıxışı zamanıdeyib.

“Bu gün biz sadəcə bir sənəd imzalamırıq. Biz Azərbaycandaideyalar, liderlik və innovasiyalar üçün yeni platforma açırıq.Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması mühümaddımdır. Bu, Azərbaycanı Avropanın aparıcı akademik vəintellektual institutlarından biri olan IE Universitetinə bağlayırvə İspaniya ilə əməkdaşlığımıza yeni təkan vermiş olur. Bizim üçünbu layihə daha geniş məna daşıyır. Söhbət insanlardan, istedaddan,qlobal düşünən, yaradıcı fəaliyyət göstərən və gələcəyiniqtisadiyyatını quran yeni liderlər nəslinin hazırlanmasındangedir”, nazir müavini bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan sabit, dinamik inkişafedən və iddialı bir ölkədir.

“Biz infrastrukturun inkişafına, bağlantının gücləndirilməsinə,sənaye zonalarına, rəqəmsal transformasiyaya və beynəlxalqtərəfdaşlıqlara investisiya yatırırıq. Coğrafi mövqeyimiz bizəstrateji üstünlük verir. İqtisadi siyasətimiz isə istiqamətimüəyyənləşdirir. Lakin uzunmüddətli uğurun əsas hərəkətvericiqüvvəsi insan kapitalıdır. Yollar, limanlar, sənaye parkları vətexnologiyalar vacibdir. Amma səriştəli insanlar olmadan onlarsadəcə infrastruktur olaraq qalır. Güclü insan kapitalı olduqda isəonlar inkişafın hərəkət verici qüvvəsinə çevrilir”, E. Əliyev əlavəedib.

O vurğulayıb ki, məhz buna görə bu Mərkəz sadəcə təhsiltəşəbbüsü deyil, Azərbaycanın gələcəyinə stratejiinvestisiyadır.

“Bu, həm də dövlət, biznes və beynəlxalq tərəfdaşların necəeffektiv şəkildə birgə işləyə biləcəyinin bariz nümunəsidir. Xüsusiolaraq, “PASHA Holding” və SOCAR-ın rolunu qeyd etmək istərdim.Onların iştirakı göstərir ki, özəl sektorumuz bir həqiqəti aydınşəkildə anlayır: insanlara investisiya ən vacib investisiyadır. Butəşəbbüs həmçinin Azərbaycan ilə İspaniya arasında münasibətlərəyeni ölçü verir. Ölkələrimiz artıq ticarət, investisiyalar, enerji,nəqliyyat, kənd təsərrüfatı, texnologiyalar və innovasiyalarsahələrində əməkdaşlıq edir”, – deyə o bildirib.

E. Əliyev qeyd edib ki, strateji iqtisadi dialoq və qəbuledilmiş Yol Xəritəsi əməkdaşlığın dərinləşdirilməsi üçün praktikəsas yaradır.

“Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev və İspaniyanın Baş naziri Pedro Sançes səviyyəsindərazılaşdırılmış Azərbaycan-İspaniya Universitetinin qarşıdayaradılması ikitərəfli gündəliyimizdə mühüm mərhələ olacaq”,- deyənazir müavini vurğulayıb.

Onun sözlərinə görə, bu addım təhsil, elm, innovasiya və insankapitalının inkişafı sahəsində əməkdaşlığıninstitusionallaşdırılmasına imkan verəcək, eyni zamandacəmiyyətlərimiz arasında möhkəm körpü yaradacaq.

“Mən əminəm ki, təhsil və insan kapitalı Azərbaycan ilə İspaniyaarasında ən perspektivli körpülərdən birinə çevrilə bilər. Bugünkütədbir isə bu istiqamətdə konkret addımdır”, – deyə E. Əliyev əlavəedib.

Məqalədə:
Chosen
13
az.trend.az

1Sources