EN

Ukraynalı mütəxəssis “Neftçi” ilə müqaviləsini uzada bilər

Bakı, 28 aprel, AZƏRTAC

Kişi voleybolçulardan ibarət "Neftçi" komandası baş məşqçisi Viktor Boldaryev ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, ukraynalı mütəxəssisin daha bir il Bakı təmsilçisində qalmaq ehtimalı yüksəkdir.

Hazırda tərəflər arasında yekun danışıqlar gedir.

"Neftçi" komandası Azərbaycan Yüksək Liqasında üçüncü yeri tutub.

Müxbir-Cavid Əliyev

Chosen
54
1
azertag.az

2Sources