AZƏRTAC bu gün saat 12:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 28 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin sosial media hesablarında Çexiyanın Baş nazirinin ölkəmizə səfəri ilə bağlı videoçarx paylaşılıb.
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb.
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar.
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər.
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər.
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar.
Azərbaycanda “TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb.
Kral III Çarlz Ağ Evdə Donald Trampla görüşüb.
İsrail Livanın cənubuna zərbələr endirib, 4 nəfər ölüb.
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb.
DİM: Qəbul imtahanlarında iştirak etmək üçün 89 mindən çox abituriyent qeydiyyatdan keçib.
“Caspian Agro Week”də 45 ölkədən 447 şirkət iştirak edəcək.
Kral III Çarlz ABŞ Konqresi qarşısında çıxış edəcək.