EN

Baqali Dabo: “Qarabağ”a uduzmaq “Neftçi”yə təsir etməməlidir” MÜSAHİBƏ

ain.az bildirir, sport24.az portalına istinadən.

"Neftçi"nin sabiq futbolçusu Baqali Dabonun Sport24.az-a müsahibəsi - Komandanın oyunlarını izləyirsənmi?- Bəli. Hərdən izləyirəm. Bəzən isə nəticələrə baxıram. Deyə bilərəm ki, baş məşqçi Yuri Vermidubun rəhbərliyi ilə yaxşı oynayırlar. - Səncə, ukraynalı mütəxəssis nələr dəyişə bilib?- Komandanın özünə gəldiyini görürük. Onun təyinatından sonra çox xal qazanıblar. İndi də avrokuboklar uğrunda mübarizə aparırlar. Komanda əvvəl neçənci pillədə idi? İndi harada olduqlarını görəndə deyə bilərik ki, hələlik avrokubok uğrunda yarışda olmaq bir uğurdur. - "Neftçi" avrokuboklara vəsiqə qazana biləcək?- Niyə də yox? Hər şey mümkündür. Amma asan olmayacaq. Çünki önlərində olan digər klublarda da bunu istəyirlər. Onlar da əsas məqsədi avrokuboklarda oynamaqdır.- Komanda son matçda "Qarabağ"a 1:5 hesabı ilə uduzdu. Səncə, belə hesablı məğlubiyyət oyunçulara təsir edəcək?- Xeyr. Düşünürəm ki, bu, komandaya təsir etməməlidir. Bir oyunu 5:1 uduzmaq, beş görüşdə 1:0 hesabı ilə məğlub olmaqdan daha yaxşıdır. - "Neftçi"də hansı mövqelər güclənməlidir?- Məncə, müdafiədə dəyişikliklərə ehtiyac var.- Hücumçular istənilən səviyyədədir? - Bassala Sambu üçün mövsümün startı yaxşı olmadı. Amma zaman keçdikcə özünə inam qazandı və yaxşı oynamağa başladı. Sonra isə zədə ilə uğursuzluq yaşadı. Amma bu da futbolun bir hissəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
sport24.az

1Sources